ABŞ-da son bir həftə ərzində soyuq hava səbəbindən azı 47 nəfər ölüb.
Bu barədə NBC rəsmilərə istinadən məlumat yayıb.
Ən çox ölüm (16 nəfər) Tennessi ştatında qeydə alınıb.
Yanvarın 12-dən ABŞ-ın çox hissəsində soyuq hava, güclü külək və qar müşahidə olunur. “Associated Press” agentliyinin yanvarın 17-də verdiyi məlumata görə, ABŞ-ın mərkəzi bölgələrinin bir çox yerlərində temperatur mənfi 34,4 dərəcəyə düşüb. Bundan əvvəl agentlik bir neçə nəfərin ölümü ilə bağlı da məlumat vermişdi.