ABŞ-da koronavirusdan ölənlərin əksəriyyəti qaradərililərdir

Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusa yoluxaraq ölənlərin 78%-i Amerika afrikalılarıdır.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı məlumatı əyalətlərin bələdiyyə rəhbərləri təsdiqləyib.

Belə ki, ötən həftə ABŞ-ın Çikaqo şəhərində COVID-19-dan ölən 98 nəfərin 80-i Amerika afrikalısı olub.

Bu fakt Amerika mətbuatının ən çox diqqətinin yönəldiyi hadisədir. Belə ki, televiziya kanalları daha çox virus qurbanı olan Afrika əsilli insanların hekayəsini ekranlara gətirərək onların ailələrinin fikirlərini bölüşürlər. İrqçilik mübahisələrinin tez-tez gündəmə gətirildiyi ABŞ-da bu dəfə də mövzu aktuallığını qoruyub saxlayır.

ABŞ-ın Virciniya ştatında Təmsilçilər Məclisi üçün seçkilərdə mübarizə aparan Kameron Veb koronavirusun ABŞ-da qaradərililərlə ağlar arasındakı iqtisadi bərabərsizliyi bir daha ortaya qoyduğunu açıqlayıb.

Birləşmiş Ştatların həkimləri isə qaradərililərin ömürlərinin ağdərililərlə müqayisədə daha qısa olduğunu və xüsusilə bu insanların artıq çəkidən əziyyət çəkdiklərini, diabet, ürək, ağciyər və təzyiq kimi xəstəliklərin daşıyıcıları olduğunu bildirib.

Bu mövzuda araşdırmalar aparan sosioloqlar isə Amerika afrikalılarının əksəriyyətinin koronavirus əleyhinə qoruyucu vasitələrdən (əlcək və maska) istifadə etmədiklərini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda koronavirusa yoluxanların sayı 966-ya çatıb

Sonrakı məqalə

Böyük Britaniyada koronavirusdan 19 tibb işçisi vəfat edib