ABŞ Dövlət Departamenti Tofiq Yaqublunun azad edilməsinə çağırıb

Birləşmiş Ştatlar hökuməti Azərbaycanda müxalifət lideri Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Turan İnformasiya Agentliyinin Vaşinqtondakı müxbiri Ələkbər Raufoğluna bildirib. Yaqublu 22 martda “xuliqanizm” ittihamları ilə həbs olunub. Onun ailəsi və insan haqları qrupları COVID-19 pandemiyası şəraitində müxalifət liderinin həbsə salınmasından narahatlıq keçirirlər.

“Biz həbslə bağlı baş verənləri yaxından izləyirik və öz naharatlığımızı Azərbaycan hökumətinə çatdırmışıq. Biz Azərbaycan rəsmilərini cənab Yaqublunu və öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq,”- sözçü Turan müxbirinə bildirib.

ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton fundamental azadlıqları dəstəkləyir və Azərbaycandan bu sahədə öz öhdəliklərinə uyğun davranmağı gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada dərin qlobal böhran gözlənilir –

Sonrakı məqalə

Tramp tibbi ləvazimat qıtlığına görə qubernatorları tənqid edib