ABŞ dövlət katibinin nümayəndəsi siyasi partiya və QHT-lərlə görüşüb

Azərbaycana səfəri çərçivəsində ABŞ dövlət katibinin köməkçisinin demokratiya, insan Haqları və əmək məsələləri üzrə müavini Kara Makdonald Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən fəallar, hüquqşünaslar, jurnalistlər, siyasi partiya nümayəndələri ilə görüşüb.

Azpost.info bildirir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

“Xanım Makdonald ABŞ-ın bu gün ifadə, toplaşma və birləşmək azadlıqlarıda daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətin gücləndirilməsi, habelə demokratik proseslərin inkişafı üçün görülən səylərin dəstəklənməsində azərbaycanlıların yanında olmasını qeyd edib”-deyə məlumatda bildirilir.

Görüşdə ABŞ səfiri Litzenberq də iştirak edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.