Səkkiz Amerika qəzeti Microsoft-a və ChatGPT chatbotunun tərtibatçısına qarşı məhkəmə iddiası qaldırıb. Onlar bu şirkətləri müəllif hüquqlarını pozmaqda ittiham edirlər.
Azpost.info bildirir ki, bu “Axios” nəşri bu barədə məhkəmə sənədinə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, investisiya nəhəngi “Alden Global Capital”-a məxsus səkkiz nəşr müəllif hüquqlarının pozulmasına görə OpenAI və Microsoft-u məhkəməyə verib.
İddianı New York Daily News, Chicago Tribune, Orlando Sentinel, South Florida Sun Sentinel, San Jose Mercury News, Denver Post, Orange County Register və St. Paul Pioneer Press nəşrləri qaldırıb.
Nəşrlər şirkətləri müəllif hüquqları ilə qorunan milyonlarla məqalələri lazımi icazə və ya ödəniş olmadan oğurlamaqda ittiham edir.