ABŞ-ın “ExxonMobil” şirkəti Rusiyanı tərk edir

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “ExxonMobil” Rusiyadan tamamilə çıxmaq barədə qərar qəbul edəcək.

Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumata əsasən məlumat yayıb. Məlumatda deyilir ki, şirkət  iyunun 24-dək Rusiya bazarından tamamilə çıxma imkanını nəzərdən keçirir.

Bu qərar Amerika enerji nəhənginin Rusiyadakı müxtəlif layihələrdən çıxmasından sonra verilə bilər.

Əvvəlki məqalə

“Lukoyl” şirkətinə yeni rəhbər təyin edilib

Sonrakı məqalə

Böyük Britaniya yeni sanksiya tətbiq edəcəyi şəxslərin və qurumların adlarını açıqlayıb