"ABŞ-ın İrana qarşı strategiyası dəyişməyəcək" - Dövlət Departamenti məlumat yaydı
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlılarının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın İrana qarşı strategiyası dəyişməyəcək.
"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalına ABŞ Dövlət Departamentindən bildirilib.
Dövlət Departamentindən İrana qarşı sərt sanksiyalar tətbiq etmə təcrübəsinin davam edəcəyi açıqlanıb. Qurum əlavə edib ki, ABŞ bölgədəki obyektlərini qorumaq üçün tədbirlər görür.
Bundan əlavə, ABŞ tərəfi prioritetinin Yaxın Şərqdəki milli maraqları və müttəfiqlərini qorumaqdan ibarət olduğunu vurğulayıb. Dövlət Departamenti həmçinin Vaşinqtonun general Süleymaninin terrorçu olması və bölgədəki müharibələrin qızışdırılmasına görə məsuliyyət daşıması ilə bağlı mövqeyini təsdiqləyib.
Əlaqəli xəbərlər
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
-
Giləzi-Quşçuluq" MMC-nin rəhbərliyi həbs edilib - RƏSMİ AÇIQLAMA
Növbəti xəbər yüklənir...