ABŞ müdafiə naziri vəzifəsinin başına qayıdıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin səhhətində yaranan problemlərə görə saxlanıldığı xəstəxanadan çıxıb və vəzifəsinin başına qayıdıb.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Ostin “Valter Rid” hərbi tibb mərkəzində tibbi prosedurdan keçib. Prosedur iki saat yarım davam edib.

Pentaqondan bildirilib ki, nazirin iş qrafikində heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Ostin xəstəxanada ikən Pentaqon rəhbərinin səlahiyyətlərini onun müavini Keytlin Hiks icra edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.