“Rusiyaya qarşı sanksiya çağırışı ikrah hissi yaradır”- Gürcüstan parlamentinin sədri

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Parlamentinin qətnaməsində yer alan ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi çağırışını iyrənc adalandırıb.

Azpost.info xəbər verir ki, o bu barədə brifinqdə bildirib.

“Qətnamədə Rusiyaya qarşı ikitərəfli sanksiyaların tətbiqi ilə bağlı irəli sürülən tələb iyrəncdir. Bu qətnamə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların tətbiqi tələbini açıq şəkildə ifadə edən ilk rəsmi ictimai sənədidir”, – Papuaşvili deyib.

Parlament sədrinin sözlərinə görə, qətnamə müəllifləri yaxşı bilirlər ki, Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalarla Moskvaya deyil, öz ölkəsinə ziyan vuracaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.