ABŞ-ın təsdiq edilmiş müdafiə büdcəsində Ukraynaya nə qədər pul ayrılıb?

ABŞ prezidenti Co Baydenin 2024-cü maliyyə ili üçün imzaladığı müdafiə büdcəsində Ukraynaya 300 milyon dollar ayrılıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“İllik hərbi xərclərin 886 milyard dolları təsdiqlənib. Bura həm də Ukraynaya yardım, Hind-Sakit okean regionunda Çinlə qarşıdurma və digər təşəbbüslər daxildir. Ukraynaya yardım tədbirlərinə ABŞ büdcəsindən 300 milyon dollar ayrılıb. Pulun Ukraynaya göndəriləcək silahların istehsalına yönəldilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.

O da qeyd edilir ki, bu məbləğ ABŞ prezidenti Co Baydenin oktyabrda tələb etdiyi 61 milyard dollarla müqayisədə olduqca kiçikdir. O, Konqresə Ukrayna və İsrailə 106 milyard dollar dəyərində silah və digər yardımların tədarükünü maliyyələşdirmək üçün sorğu göndərib. Təklif əsasən respublikaçıların etirazına görə dəstəklənməyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.