ABŞ İsraili müdafiə üçün bölgəyə yeni hərbi birləşmə yerləşdirir

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib.

Bu barədə ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı müzakirə aparılıb.

Telefon danışığı zamanı ABŞ-ın təhdidlərə, o cümlədən ballistik raketlərə və pilotsuz təyyarələrə qarşı İsrailin müdafiəsini dəstəkləmək səyləri və sadiqliyi müzakirə olunub. Tərəflər regionda gərginliyin azaldılması üçün davamlı səylərin vacibliyini vurğulayıblar. Telefon danışığına vitse-prezident Kamala Harris də qoşulub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.