ABŞ vəziyyətin dəyişməsi ilə əlaqədar Ukraynaya amerikan silahları ilə Rusiyaya hücuma icazə verib. Lakin tərəfdaşların bununla bağlı baxışları fərqlidir: Vaşinqton eskalasiya riski ilə bağlı Kiyevdən daha ehtiyatlıdır.
Azpost.info bildirir ki, bu barədə prezident Co Baydenin müşavirlərinə istinadən New York Times yazır.
“ABŞ və Ukraynanın prioritetləri bir-birindən fərqlənir, çünki Kiyevin Rusiya ilə münasibətlərin pisləşməsindən itirəcək başqa bir şeyi yoxdur, ABŞ hakimiyyəti isə münaqişənin nüvə eskalasiyasına keçməsindən ehtiyat edir“-deyə müşavir NYT-ə deyib.
Müşavir adının anonim qlamasını istəyib. O, bununla ABŞ-ın Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazəsini şərh edib.
Baydenin müşavirlərindən biri deyib ki, belə bir məhdudiyyət “zaman Ukrayna tərəfində olanda” məna kəsb edirdi, lakin indi vəziyyət dəyişib.
Kiyev Vaşinqtonun razılığını aldıqdan sonra bunun kifayət etmədiyini israr edərək əlavə məhdudiyyətləri aradan qaldırmağı xahiş etsə də, Ağ Ev bundan imtina edib. Administrasiyanın sözçüsü Con Kirbinin sözlərinə görə, Bayden üçüncü dünya müharibəsinin başlamasına görə məsuliyyət daşımaq istəmir.