“ABŞ Kiyevə 10 milyard dollar əlavə iqtisadi yardım ayıracaq”- Canet Yellen

“Vaşinqton yaxın aylarda Kiyevə təxminən 10 milyard dollar əlavə iqtisadi yardım ayıracaq”.

Azpost.info xəbər verir ki, bunu ABŞ maliyyə naziri Canet Yellen bildirib.

Nazir Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün maliyyələşdirmə proqramı üzərində işə başlamasını “son dərəcə vacib qərar” adlandırıb.

Yellen həmçinin Ukrayna böhranını hazırda qlobal iqtisadiyyatı formalaşdıran əsas amil olduğunu deyib. O, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istiqamətində fəaliyyətini davam etdirdiyini də bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

Gömrük generalı ev dustaqlığına buraxıldı

Sonrakı məqalə

Son bir ildə neçə min rusiyalı Avropa İttifaqından sığınacaq istəyib?