Gömrük generalı ev dustaqlığına buraxıldı

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda genişmiqyaslı əməliyyatı nəticəsində Dövlət Gömrük Komitəsinin bir neçə yüksək rütbəli vəzifəliləri saxlanılmışdılar. Saxlanılanlar arasında “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov da var idi. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“ABŞ Kiyevə 10 milyard dollar əlavə iqtisadi yardım ayıracaq”