ABŞ Konqresi prezident Trampa qarşı impiçmentə səs verdi –

NƏTİCƏLƏR (CANLI YAYIM)
14 Yanvar 2021 - 01:30

ABŞ Konqresində Prezident Donald Trampın impiçmenti ilə bağlı səsvermənin nəticələri məlum olub

Azpost.info bildirir ki, konqresmenlər 232 səslə Trampa impiçiment qərarına səs verib. Trampa qarşı səs verənlərin siyahısında 10 respublikaçı konqresmen də var. 5 nəfər səsvermədə iştirak etməyib. İmpiçment yeganə maddə üzrə – qiyama təhrik maddəsi üzrə qəbul edilib. Konqresin Qətnaməsində deyilir ki, Prezident Trampın fəaliyyəti konstitusiya quruluşuna qarşı ağır cinayət və hərəkətlərlə bağlı müddəaya uyğundur.

Nümayəndələr Palatasında sənədin qəbulundan sonra məsələ Senatda müzakirəyə çıxarılmalıdır. Senat isə yanvarın 19-da, Co Baydenin inauqurasiyasına qədər tətilə çıxır.

Tramp ABŞ tarixində Nümayəndələr Palatasında impiçmenti iki dəfə müzakirəyə çıxarılmış ilk prezidentdir.

***

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.

 “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, D. Tramp üsyana təhrikdə və digər ağır cinayətlərdə günahlandırılır.

Sənəddə D. Trampın impiçmenti və onun gələcəkdə seçki yolu ilə istənilən vəzifəni tutmağa qadağa nəzərdə tutulur.

Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında səsvermə bu gün təşkil edilə bilər. Nümayəndələr Palatasında sənədin qəbulundan sonra məsələ Senatda müzakirəyə çıxarılmalıdır. Senat isə yanvarın 19-da, Co Baydenin inauqurasiyasına qədər tətilə çıxır. Başqa sözlə, D. Trampın səlahiyyət müddətinin bitməsinə qədər impiçment prosesini tam başa çatdırmaq mümkün olmayacaq.

Eyni zamanda, ekspertlər Senatda impiçmentlə bağlı sənədin qəbulu üçün səslərin üçdə ikisini toplamağın mümkün olacağı qənaətində deyillər.