“ABŞ-la əlaqələri genişləndirmək istəyirik, Çinin təlimlərini pisləyirik”- Tayvan lideri

“Tayvan regionda sabitliyi qoruyub saxlaya bilmək üçün Vaşinqtonla əlaqələri genişləndirməyi planlaşdırır”.

Azpost.info xəbər verir ki, “Reuters” bunu Taybey administrasiyasının rəhbəri Tsay İnvenə istinadən yazıb.

İnven bu bəyanatı ABŞ Konqresinin senatoru Ed Markinin başçılıq etdiyi nümayəndə heyəti ilə dünənki görüşündə deyib: “Biz Birləşmiş Ştatlarla əməkdaşlığın dərinləşdirilməsini və Hind-Sakit okean regionunda firavanlığı və sabitliyi qorumaq üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.

Tayvan lideri Çin Xalq Azadlıq Ordusunun ada ətrafında keçirdiyi hərbi təlimləri pisləyib və bunun regional sülh və sabitliyi pozduğunu qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi…

Sonrakı məqalə

Ukraynada hərbi vəziyyət rejimi daha 90 gün uzadılıb