ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bir sıra xarici bankların nümayəndələri ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini, eləcə də artıq tətbiq edilən məhdudiyyətləri müzakirə edib.
Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Maliyyə Nazirliyi sanksiyalardan yayınma cəhdləri ilə mübarizə apardıqlarınl bəyan edib.
“Xəzinədarlıq katibinin müavini xarici bankların nümayəndələrinin diqqətinə bu cür yayınmaların asanlaşdırılmasının riskləri, o cümlədən ikinci dərəcəli sanksiyaların altına düşmə riski haqqında məlumatları çatdırıb”, – Adeyemo bildirib.
Maliyyə institutlarının nümayəndələri gələcək fəaliyyətlərini və biznes əməliyyatlarını Ukrayna böhranı və Rusiyaya qarşı sanksiyalar fonunda uyğunlaşdırmaq planlarını açıqlayıblar.
Azpost.info