ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını gətirib

ABŞ ordusu Polşadakı NATO bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” qəzeti məlumat yayıb.

Məlumata görə, bazaya 14 “M1 Abrams” tankı və M88 zirehli maşını göndərilib.

Həmçinin bildirilib ki, bazaya 85-dək tank, 190 ədəd döyüş zirehli texnikası, o cümlədən “M2 Bradley” piyada döyüş maşınları, həmçinin 35 ədəd artilleriya silahı, o cümlədən “M109 Paladin” haubitsaları göndərilməsi planlaşdırılır.

Əvvəlki məqalə

“Çin NATO-ya meydan oxuyur” –

Sonrakı məqalə

Bakıda 20 yaşlı qız öldürülüb, qardaşı saxlanılıb