“HƏMAS hesab edir ki, Birləşmiş Ştatlar Qəzza zolağında münaqişənin sülh yolu ilə həllini istəmir”.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
HƏMAS sözçüsü Sami Əbu Zuhri deyib ki, ABŞ administrasiyası müharibəni sona çatdırmaq üçün yox, sadəcə olaraq vaxt udmaq üçün yanlış təsəvvür yaratmağa çalışır.
Nəşr qeyd edir ki, ABŞ rəhbərliyinin münaqişə tərəfləri arasında razılaşma ilə bağlı nikbinliyi razılaşmanın hələ də əldə edilməməsi ilə uyğun gəlmir.
Azpost.info