2019-cu ilin avqustunda Almaniyada çeçen səhra komandiri Zelimxan Xanqoşvilini qətlə yetirən və Almaniyada ömürlük həbs cəzası çəkən Vadim Krasikov ABŞ və Rusiya arasında məhbus mübadiləsində əsas fiqur olub.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan “New York Times”a bildirib.
Qəzet yazır ki, Krasikov olmasaydı, heç bir sövdələşmə olmazdı. Danışıqlar mövqeyini gücləndirmək üçün ABŞ rəsmiləri xarici ölkələrin həbsxanalarında başqa rusiyalıları axtarırdılar.
“Danışıqlar zamanı biz Krasikov-un əsas fiqur olduğu qənaətinə gəldik”, – Sallivan deyib.
Onun sözlərinə görə, Krasikovun əsir mübadiləsi üçün siyahıya əlavə edilməsinə yeganə maneə Almaniya kansleri Olaf Şolts olub, lakin o, sonda rusu təhvil verməyə razılaşıb.
Avqustun 1-də Rusiya və Qərb Türkiyə paytaxtının hava limanında əsirləri dəyişdirib. Mübadilə proseduru üçün Rusiyadan iki təyyarə Ankaraya gəlib. Türkiyə kəşfiyyatının məlumatına görə, mübadilədə ümumilikdə 26 nəfər iştirak edib.
Qərb mediası yazır ki, ABŞ rəsmiləri və diplomatları həbsdə olan amerikalılarla dəyişmək üçün dost ölkələrdə məhbus rus casuslarını axtarırıblar.
Azpost.info