“ABŞ Rusiyanı terrorun sponsoru kimi tanıya bilməz”- BLİNKEN

“ABŞ Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməyəcək, çünki terrorizm təcavüzlə eyni şey deyil”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə deyib.

“Təcavüz terror deyil, onlar iki fərqli şeydir”, – Blinken bildirib.

Onun fikrincə, Rusiyanı terrorizmin sponsoru olan ölkə kimi tanımaq Rusiyanın dondurulmuş aktivlərindən istifadəni çətinləşdirəcək: “Rusiya terrorizmi himayə edən ölkə kimi tanınarsa, məhkəmə prosesi zamanı onun suveren aktivləri bloklana bilər”.

Blinken əlavə edib ki, ABŞ artıq Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək üçün kifayət qədər səlahiyyətlərə malikdir.

Azpost.info

Əvvəlki məqalə

Keçən il siyasi partiyalara büdcədən 5 milyon manat verilib

Sonrakı məqalə

Xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilir