ABŞ-ın Azərbaycandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun idmançılarını təbrik edib.
Bu barədə səfirlikdən məlumat verilib.
“ABŞ səfirliyi bu gün Bakı Marafonu yarışında iştirak edən idmançılara qoşulub. Bütün iştirakçıları təbrik edirik!”, – səfirlikdən bildirilib.
Qeyd edək ki, marafonun kişi iştirakçıları arasında qalibi rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. O, məsafəni 1 saat 3 dəqiqə 11 saniyəyə qət edib.
Qadın iştirakçılar arasında qalib isə ukraynalı, 1990-cı il təvəllüdlü Veretska Valentyne olub. O, məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə qət edib.
Fiziki məhdudiyyətli şəxslər arasında yarışın qalibi isə 51 yaşlı Mehman Ramazanzadədir. O qələbəni 57 dəqiqəyə qazanıb.
“Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib.
2016-cı ildən təşkil edilən tədbir idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.