ABŞ SEPAH-ın komandanlıq məntəqəsinin vurduğunu açıqlayıb

İrana qarşı əməliyyat çərçivəsində ABŞ qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)komandanlıq və idarəetmə məntəqələrini məhv edib.

Azpost.info-nun məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bundan əlavə İranın hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz təyyarə buraxılış qurğuları və hərbi aerodromlar məhv edilib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar. Cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.