“ABŞ şirkətləri azad olunmuş ərazilərdə işə başlamaq üçün müqavilə bağlayıb” –

ABŞ-ın Azərbaycandakı səfiri
27 Oktyabr 2021 - 14:31

“ABŞ şirkətləri Azərbaycanın bütün ərazisində iqtisadi inkişafa yardım göstərmək bacarığındadır”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Diplomat bildirib ki, bir sıra ABŞ şirkətləri yenidən bərpa olunan ərazilərdə işlərə başlamaq üçün müqavilələr bağlayıb.

“Azərbaycan daha çox ABŞ şirkətinin gəlməsində, Azərbaycana sərmayə yatırmasında maraqlıdırsa, tövsiyə edirəm ki, açıq tenderlər keçirməyə başlasın və bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri buradakı proqramlara müraciət edə bilsin. Bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri dəqiq bilsin ki, Azərbaycan hansı istiqamətlərdə maraqlıdır, onlar da buradakı inkişafa öz töhfələrini verə bilsinlər”, – deyə səfir vurğulayıb. (APA)