ABŞ təyyarəsi Ermənistan və Azərbaycan sərhədi boyunca kəşfiyyat uçuşu edib

Qara dəniz üzərində HOMER79 çağırış nişanlı Amerika kəşfiyyat təyyarəsi görünüb. “RİA Novosti”-nin PlaneRadar portalına istinadən verdiyi məlumata görə, təyyarə Krım sahilləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirirdi.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin 38-ci RS / 55-ci WG, “Boeing RC-135V Rivet Joint” təyyarəsi Krit adasındakı bazadan səmaya qalxaraq Qara dəniz bölgəsindəki vəziyyəti araşdırıb. O, Rusiyanın Qara dəniz sərhədi yaxınlığında uçduqdan sonra Ermənistan və Azərbaycan sərhədi boyunca kəşfiyyat uçuşuna çıxıb, daha sonra Gürcüstanın hava sərhəddini keçib.

KİV-lərin məlumatına görə, dekabrın 3-də Təl-Əviv-Moskva marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Amerika kəşfiyyat təyyarəsi ilə təhlükəli yaxınlaşmamaq üçün Qara dəniz üzərində istiqaməti dəyişməli olub. “RİA Novosti” xəbər verir ki, bu məlumatı Federal Hava Nəqliyyatı Agentliyi təsdiqləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir