“Putinlə Ərdoğanın görüşü asan keçməyəcək” –Putinin mətbuat katibi

“Rusiya yeganə dövlətdir ki, onun hərbi qulluqçuları qanunui əsasda Suriyadadır”.

Azpost.info bildirir ki, bu sözləri “Rusiya 1”telekanalının “Moskva.Kreml. Putin” proqramında Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.  Bununla da Kremlin nümayəndəsi Türkiyə prezidenti Ərdoğanın “Rusiya, çəkil bizi Suriya ilə təkbətək burax” bəyanatını cavab olaraq səsləndirib.

Peskov deyib ki, Rusiya regionda legitim Suriya rəhbərliyinin xahişi ilə fəaliyyət göstərir: “Digər ölkələrin hərbiçiləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Suriyadadırlar”.

Putinin mətbuat katibi qeyd edib ki, Suriya hərbiçiləri terrorçularla mübarizə aparır. Soçi razılaşmasına görə isə Türkiyə onları deaktiv etməli idi. Peskov vurğulayıb ki, terrorçular Suriyada həmdə Rusiya hərbi bazalarına zərbə endirir.

“Buna görə, hər hansı bəyanatlara baxmayaraq terrorçu elementlərlə mübarizə davam edəcək”-deyə Peskov bildirib.

Kremlin nümayəndəsi deyib ki, gələn həftə Moskvada Putin və Ərdoğanın görüşü keçirilməlidir. Orada hər iki lider Soçi razılaşmalarının yerinə yetirirməsi ilə bağlı öz nöqtəyi-nəzərlərini açıqlayacaq və tərəflərin yerinə yetirmək üçün əvvələr hansı öhdəlikləri götürdüklərini dəqiqləşdirəcəklər.

Peskov deyib ki, görüş asan keçməyəcək.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mançester Siti” tarixində 7-ci Liqa kubokunu qazanıb

Sonrakı məqalə

“ABŞ Talibana təslim oldu” –