ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək-TRAMP

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək.

Bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio ilə sıx əməkdaşlıq aparılır.

“Biz Türkiyəyə qarşı tətbiq olunan sanksiyaları aradan qaldıracağıq. Artıq bunun vaxtı çatıb. Dostlarımıza qarşı bu cür sanksiyalar tətbiq etmək istəmirik. Onsuz da sanksiya tətbiq olunacaq kifayət qədər insan var”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin Suriya ilə bağlı da fikirlərini bölüşərək yeni Suriya rəhbərliyi ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.

“Suriyanın yeni lideri ilə də yaxşı münasibətlərimiz var. Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Suriyada həqiqətən çox yaxşı iş gördük”, – deyə Tramp əlavə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.