ABŞ-Ukrayna danışıqları yekunlaşdı –Nələr razılaşdırılıb? /RƏSMİ AÇIQLAMALAR

Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqları yekunlaşıb.
AzPost danışıqların nəticələri ilə bağlı rəsmi açıqlamaları təqdim edir:
ABŞ Dövlət Departamenti:
▪️Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni aradan qaldırıb və Ukraynaya təhlükəsizlik yardımı göstərməyə davam edəcək.
▪️ABŞ Ukraynaya hərbi yardımı bərpa edəcək.
▪️Ukrayna ABŞ-ın dərhal 30 günlük müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib.
ABŞ dövlət katibi Marko Rubio:
Ukrayna müsbət addım atdı, ümid edirik ki, Rusiya da müsbət cavab verəcək;
ABŞ Ukraynada atəşkəslə bağlı təkliflərini bir neçə kanal vasitəsilə Rusiyaya çatdıracaq.
ABŞ Milli Təhlükəsizlik müşaviri Maykl Valts:
▪️ Ukrayna Trampın sülhə olan baxışını bölüşür.
▪️ Yaxın günlərdə Rusiya ilə danışıqlar aparacağıq.
▪️ Biz Ukraynanın uzunmüddətli təhlükəsizlik üçün alacağı zəmanətləri müzakirə etdik.
Prezident Zelenskinin Ofisinin başçısı Yermak:
“Rusiya da eyni addımı atsa, Ukrayna 30 günlük atəşkəslə razılaşır. Kiyev ABŞ-ın təklifini qəbul edir;
ABŞ və Ukrayna prezidentləri Ukraynanın mineral ehtiyatlarına dair hərtərəfli sazişin mümkün qədər tez bağlanması barədə razılığa gəliblər.
Reuters Agentliyi:
ABŞ və Ukrayna Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhə nail olmaq üçün danışıqlar aparan qrupların tərkibini müəyyənləşdirmək və dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.