ABŞ Ukraynaya hucum olarsa cavab tədbirlərini müzakirə edib

ABŞ Dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell şənbə günü telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ diplomatiyasının rəhbəri Rusiyanın təcavüzü halında ciddi tədbirlər görüləcəyi barədə fikri təsdiqləyib.

“Tərəflər Ukraynada və onun ətrafında davam edən vəziyyətdən dərin narahatlıqlarını ifadə ediblər. Bununla bağlı Rusiya ordusuna cavab olaraq NATO müttəfiqləri və avropalı tərəfdaşları ilə yaxın koordinasiyanın əlaqəli şəkildə qurulmasını müzakirə ediblər. Blinken Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün sürətli və ciddi nəticələrə gətirib çıxaracağını təsdiqləyib”, – deyə məlumatda bildirilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Smartfonların yaranacağı barədə 70 il əvvəl verilmiş proqnoz –

Sonrakı məqalə

“Paşinyan hakimiyyəti saxlamağa, Koçaryan ələ keçirməyə çalışır” –