Smartfonların yaranacağı barədə 70 il əvvəl verilmiş proqnoz –1953-cü ildə şirkət rəhbəri nə deyib? (FOTO)

1953-cü ildə ABŞ Kaliforniya ştatının PacTel telefon şirkətinin rəhbəri Mark Sallivan gələcəkdə smartfonların meydana çıxacağı barədə proqnoz veribmiş. 

Azpost.info bildirir ki, bu barədə PhoneArena saytı məlumat verib. Sallivan bu proqnozu verən zaman Stiv Consun cəmi 2 yaşı var idi.

Gələcək smartfon barədə proqnozun olduğu yazını 1953-cü ilin qəzetində tapıblar. Burada Sallivan gələcəkdə telefonların necə dəyişəcəyi barədə danışıb: “Gələcəyin telefonları necə olacaq?- Əlbəttə bunu indidən tam söyləmək doğru olmaz. Amma mənim proqnozum belədir: Son nəticədə telefonlar bu günki qol saatları kimi cibimizdə daşınacaq formaya düşəcək. Telefonlara nömrəyığan lazım olmayacaq. İstifadəçilərin danışan zaman bir-birini görmək imkanı olacaq”– deyə Sallivan proqnozda bildirib.

Orjinal iPhone-nin təqdimatına hələ 54 il qaldığı bir zamanda Sallivan gələcək portativ və sensor ekranlı telefonın yaranacağını, videoçat xidmətinin olacağını xəbər verib.

Ekspert həmçinin gələcəkdə telefonlarda xarici dildən tərcümə edəcək tərcüməçi proqramların mövcud olacağını proqnozlaşdıra bilib: “Kim bilir, çox güman ki, bu telefon bir dildən digər dilə tərcümə də edə biləcək?”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fiziki şəxslərin gəlir vergisinə hansı hallarda güzəşt tətbiq edilir?

Sonrakı məqalə

ABŞ Ukraynaya hucum olarsa cavab tədbirlərini müzakirə edib