ABŞ Ukraynaya növbəti yardım paketini elan edib

Amerika Birləşmiş Ştatları Ukraynaya növbəti silah və avadanlıq paketini elan edib.

Bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinkenin KİV-ə bəyanatında bildirilir.

Bəyanata əsasən, 400 milyon dollarlıq paketə raket sistemləri üçün əlavə müdafiə sürsatları, zenit raketləri, qərb raketləri və radarlarını Ukrayna sistemləri ilə birləşdirmək üçün avadanlıqlar, artilleriya sistemləri, mərmilər, zireh əleyhinə sistemlər, piyada döyüş vasitələri və digər silah və avadanlıqlar daxildir.

Bildirilib ki, ABŞ Ukraynanın yanında durmağa davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.