ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri təxirə salıblar- Koronavirusa görə

Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri koronavirus epidemiyasına görə təxirə salıblar.

Azərtac Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla xəbər verir ki, cədvəl üzrə mart ayına nəzərdə tutulan təlimlər Cənubi Koreyada ən yüksək səviyyədə olan xəbərdarlıq vəziyyəti aradan qaldırılanadək keçirilməyəcək. Bu, birgə hərbi təlimlərin səhiyyə ilə əlaqədar vəziyyətə görə ilk dəfə təxirə salınması halıdır.

Qeyd edək ki, Çində meydana çıxan yeni tip koronavirus (COVID-19) Cənubi Koreyada da sürətlə yayılmağa başlayıb. Son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1766 nəfərə, ölənlərin sayı 13-ə çatıb. Virusa yoluxanların 21 nəfəri hərbi qulluqçudur. Bundan başqa, təxminən 9500 hərbçi koronavirus şübhəsi ilə əlaqədar karantinə alınıb.

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentindən də bir nəfər koronavirusa yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İçərişəhərlə bağlı görüləcək tədbirlər açıqlandı

Sonrakı məqalə

Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu –