Ad günündə dənizdə boğuldu, həkimlər həyata qaytardılar

Bakının Sabunçu rayonunda dəniz kənarında ad günü mərasimi təşkil edən şəxs dənizdə boğulub.

Hadisə Nardaran çimərliyində qeydə alınıb.

1991-ci il təvəllüdlü Müşviq İsmayılov dənizdə çimərkən boğulub. Yaxınları onu ölmüş zənn edib. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 nömrəli xəstəxanaya yerləşdirilib. Reanimatoloqlar onu həyata qaytara bilib. (APA)

Əvvəlki məqalə

90-cı illərin məşhur türk pop qrupu 30 ildən sonra qayıdır

Sonrakı məqalə

Müəllimlərin sertifikasiyasına başlanılır