“Adımızdan paylaşılan elan saxtadır”- Akademiya məlumat yaydı

Son günlər sosial şəbəkələrdə, o cümlədən də teleqram kanalında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) adından sui-istifadə faktı qeydə alınıb.

ASAPES-dən bildirilib ki, akademiyanın müəllimləri və peşəkar idman ustaları tərəfindən V ixtisas qrupuna aid olan idman istiqaməti üzrə qabiliyyət imtahanı üçün fiziki hazırlıq üzrə T.Bəhramov adına Respublika stadionunda “sınaq imtahanı” təşkil olunacağı barədə yalan məlumat yayılıb. Vüsət Əzizov adlı şəxsin paylaşdığı elanda akademiya müəllimlərinin adından istifadə edilib.

“Həmin şəxsin akademiya ilə, ümumiyyətlə, idmanla heç bir əlaqəsi yoxdur. Paylaşdığı elan da saxtadır. Abituriyentləri və valideynləri bu tipli elanlar vasitəsilə aldanmamağa və işbazların toruna düşməməyə çağırırıq”, – məlumatda qeyd edilib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.