AFFA 6 klubun müraciətinə rədd cavabı verib

Region Liqası komandalarının Birinci Divizionda çıxışı təmin olunmayacaq.

AFFA-nın rəsmi saytının məlumatına görə, quruma müraciət edən 6 klub meyarlara cavab verməyib.

“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” iyulun 25-dək AFFA-ya müraciətlər ünvanlansa da, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət edən klubların 2022/23 mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.

Əvvəlki məqalə

Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub

Sonrakı məqalə

Samuxda 4 bal gücündə zəlzələ olub