AFFA İntizam Komitəsinin iclası keçirilib.
Toplantıda Region Liqası oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:
6 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Balakən” FK – “Goranboy Qala” FK oyununda “Balakən” komandasının heyətində 17 nömrəli futbolçu Ariz Teymurlu qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi yumruq ilə vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
6 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Balakən” FK – “Goranboy Qala” FK oyununda “Goranbay Qala” komandasının heyətində 7 nömrəli futbolçu Xəyal Qasımov qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi yumruq ilə vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
7 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Veteran Tankçılar Gəncə” FK – “Göyəzən” oyununda “Veteran Tankçılar Gəncə” komandasının heyətində 10 nömrəli futbolçusu Orxan Məmmədovun qarşılaşmanın 90+1-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
6 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Göyçay” FK – “Ümid” FK (Saatlı) oyununda “Göyçay” komandasının heyətində 14 nömrəli futbolçusu Sahil Bəşirovun qarşılaşmanın 76-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
23 dekabr 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən EFA – “Xəzər Bakı” oyununun 39-cu dəqiqəsində “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın (maddə 43.4)(trend).