Afrika Ölkələri Birliyi Nigerə hərbi müdaxilə olunacağını bəyan edib

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) qüvvələri Nigerdə hərbi müdaxiləyə başlayacağı dəqiq tarix müəyyən edib.

Bu barədə “Al Jazeera” məlumat yayıb.

Qeyd olunub ki, bu barədə açıqlama verən icmanın sülh və təhlükəsizlik üzrə komissarı Abdel Fətau Musah hələlik tarix açıqlanmayavcaq.

“Hərbi həll bizim üstünlük verdiyimiz variant deyil. Lakin Nigerdəki hərbi xuntanın barışmazlığı bizi buna əl atmağa vadar edir” deyə o bildirib.

Onun sözlərinə görə, Nigerdə ​​baş verənlər regiondakıların bir hissəsidir və buna son qoyulmalıdır. (APA)

Əvvəlki məqalə

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətini qismən təmin edib

Sonrakı məqalə

Rusiyanın “Luna-25” stansiyası Ayda çəkilmiş ilk fotonu yayımlayıb