Ağ Ev mümkün “şatdaun” barədə xəbərdarlıq edib

Ağ Ev ABŞ-ın bir sıra hökumət departamentlərini “şatdaun”a ((federal hökumətin maliyyələşdirilməsinin qismən dayandırılması)) hazırlaşmağın zəruriliyi barədə xəbərdar edib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Rəsmilər hökumətin maliyyəsi dayandığı təqdirdə nə edəcəyi ilə bağlı planlar hazırlamalı olacaqlar.

Agentliyin məlumatına görə, söhbət konkret olaraq bəzi dövlət qurumlarının əməkdaşlarından gedir.

Hökumətin 2024-cü il üçün maliyyələşdirilməsi məsələsi yanvarın 8-də ABŞ Konqresində Respublikaçı və Demokrat partiyalarının nümayəndələri tərəfindən razılaşdırılıb. Prezident Co Bayden maliyyə layihəsində nəzərdə tutulan büdcənin administrasiyanın bütün tələblərinə cavab verdiyini deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.