Ağdərə istiqamətində düşmən tankları sıradan çıxarıldı, tabor komandiri Nelson Akopcanyan məhv edildi –

RƏSMİ
03 Noyabr 2020 - 16:59

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri polkovnik-leytenant Nelson Akopcanyan məhv edilib.