Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib –

MÜDAFİƏ NAZİRLİYİ
28 Sentyabr 2020 - 16:07

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.