“Avropa İttifaqı Şurasının sədri Şarl Mişel sentyabrın 1-də elan edilmiş təkliflər əsasında Qarabağda gərginliyin azaldılmasına nail olmaq üçün fəal səylər göstərir”.
Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında deyilir.
“Şarl Mişel son bir neçə gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə intensiv telefon danışıqları aparıb və sentyabrda Nyu-Dehlidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vəziyyəti müzakirə edib. Bu səylər Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə gündəlik təmaslardan əlavə, gərginliyin azaldılmasına kömək etmək və Qarabağ ermənilərinə humanitar yardım imkanı verəcək həll yolunun işlənib hazırlanmasına yönəlib”, – məlumatda bildirilir.
Həmçinin humanitar karvanının Ağdam-Əsgəran marşrutu ilə keçməsinin yerli əhaliyə müntəzəm humanitar yüklərin bərpasına şərait yaradacağına ümid ifadə edilir. Ağdam-Əsgəran yolunun açılması mühüm addım kimi qiymətləndirilir.
Azpost.info