Ağdam rayonu ərazisində partlayış baş verib –Əsgərimiz həlak olub, iki hərbi qulluqçu yaralanıb

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin xüsusi nümayəndəliklərinin hüquq və vəzifələri məlum olub

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə BMT-nin xüsusi tədbirində iştirak edib