Ağdam-Xankəndi yoluna elektrik enerjisi verilib

Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.

Uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb.

Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq “Ağdam-2” yarımstansiyasından çəkilib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq dörd gündür ki, Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda gözləyir. (APA)

Əvvəlki məqalə

Ukrayna PUA və sualtı qayıqla Krım körpüsünə hucum edib –

Sonrakı məqalə

“İqtisadi və siyasi həyatın mərkəzi Asiyaya keçəcək” –