Ağdamın Sırxavənd kəndində separatçıların narkotik plantasiyası aşkarlanıb

Ağdamın Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə kolu plantasiyası aşkarlanıb.

Sırxavənd kəndi Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılardan təmizlənib.

Vaxtilə ərazi separatçılar tərəfindən mühafizə olunurmuş. Burada gözətçi qülləsi də var. Axtarış zamanı ərazidən 4 ədəd avtomatı aşkarlanıb.

Əvvəlki məqalə

Rusiya səfiri Avstriya XİN-ə çağırılıb

Sonrakı məqalə

Zəngilanda Azərbaycanla İran arasında körpünün təməli qoyulub –