Ağdaşda 84 yaşlı kişi özünü asıb

Suicide rope loop. Suicide noose concept

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Rayonun Qarağan Sədi kənd sakini 1938-ci il təvəllüdlü Orucov Şahmurad Həsən oğlu bu gün səhər saat 8:00 radələrində yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Ş.Orucovun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

DSX Astarada narkotacirləri yaxaladı –

Sonrakı məqalə

“MİDA-nın güzəştli mənzil satışı TV-də canlı yayımlanmalıdır” –