Ağstafada qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşüb

Ağstafada yol qəzası baş verib.

Hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərindəki Bayraq Meydanının qarşısında qəzaya düşüb.

Xəsarət alanlar başqa təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.