Aİ Belarusa sanksiyalar tətbiq edib

Avropa İttifaqı Moskvaya qarşı iqtisadi sanksiyaların bir qismini Minskə də tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Avropa İttifaqı Belarusdan qızıl, almaz, helium, kömür və mineral məhsulların, o cümlədən xam neftin idxalını qadağan edib. Həmçinin Belarusda qeydiyyatdan keçmiş qoşqu və yarımqoşqularla Aİ-də avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına qadağa qoyulub.

“Bu kompleks tədbirlər Rusiyaya qarşı artıq qüvvədə olan bəzi məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsinə və bununla da Rusiya və Belarus iqtisadiyyatları arasında mövcud olan yüksək dərəcədə inteqrasiyadan irəli gələn sanksiyalardan yayınma problemini həll etməyə yönəlib”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.