Aİ İran müdafiə nazirinə sanksiya tətbiq etdi

Avropa İttifaqı İranın müdafiə naziri Məhəmməd Rza Karai Aştianiyə Ukraynadakı hərəkətlərində Rusiyaya kömək etdiyinə görə sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib.

Qərara əsasən, daha beş fiziki və üç hüquqi şəxs sanksiya siyahısına salınıb. Onların arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri, İran silahlı qüvvələrinin birgə komandanlığı, İranın hərbi komandiri Qulam-Əli Rəşid və SEPAH Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmail Qaani də var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.