Aİ ölkələrinin ticarət dövriyyəsi 525 mlrd avro azalacaq

18 Aprel 2020 - 15:04

Avropa İttifaqı (Aİ) ölkələrinin koronavirus pandemiyasına görə xarici ticarət dövriyyəsi bu il 525 milyard avro azalacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyası yayıb.

Məlumata görə, koronavirus pandemiyasının yayılmasına görə iş yerlərinin məhdudlaşdırılması, səyahətlərin, aviareyslərin ləğvi kimi və digər məhdudlaşdırıcı amillər Aİ ölkələrinin xarici ticarət dövriyyəsinin azalmasına səbəb olacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.