Avropa İttifaqı Şurasının Rusiya aktivlərindən əldə edilən gəlirin müsadirə edilməsi ilə bağlı qərarı bütün qaydaları pozmaqdan başqa bir şey deyil.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Avropa ölkələri belə qərarların qaçılmaz nəticələrini və potensial təhlükəsini başa düşürlər. Maraqlarımıza ən uyğun şəkildə cavab veriləcək”, – Peskov bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra ittifaq ərazisində bloklanan suveren aktivlərdən əldə olunan gəlirləri Moskvaya köçürməyəcəyini açıqlayıb.
Azpost.info